BAKİLLANİ MƏHƏMMƏD

(403/1013-cü ildə vəfat etmişdir) – görkəmli İslam alimi və kəlamçısı, əşəri kəlam məktəbinin təmsilçisi olmuşdur. Soyu Bəsrədən olsa da, həyatının böyük bir hissəsini Bağdadda keçirmiş, orada hakim vəzifəsinə qədər yüksəlmişdir. Bakillaninin elmi fəaliyyəti Bəsrədə olarkən başlamış, xüsusən də əşəri kəlamına (I) böyük maraq göstərmişdir. Bakillani elmi Əbu Həsən Əşərinin tələbələrindən İbn Mücəhid Taidən və Əbu Həsən Bəxilidən öyrənmişdir. O, fiqh elminin bilicisi kimi də tanınırdı. Bağdada gəldikdən sonra Bakillani Məhəmməd burada elmi fəaliyyətini davam etmiş və o, burada Əbu Bəkr ibn Malik Qatidən, Əbu Məhəmməd ibn Məsi, Dəraqutnidən, Əbu Əhməd Hüseyn ibn Əli Nişapuri kimi alimlərdən hədis elmini öyrənmişdir. Sonra Bəsrəyə qayıdaraq məscidlərdə müdərrislik etmiş, əşəri kəlamını inkişaf etdirmişdir. O, sonrakı bütün həyatında apologetik fəaliyyətini davam etdirmişdir. Büveyhi Ədudəd-Dövlənin hakimiyyəti zamanında o, Şirazda müxalifləri ilə dini-fəlsəfi müzakirələrdə iştirak etmişdir. Büveyhilərin şiə hökmdarları olduqlarına baxmayaraq, Ədudüd-Dövlə Bakillani Məhəmmədi dəyərləndirərək, ona hörmət bəsləmiş, onu öz oğlu Simnanəd-Dövlənin müəllimi təyin etmişdir. Bundan başqa Ədudəd-Dövlə Bakillani Məhəmmədi öz elçisi kimi Bizans imperatorunun yanına göndərmişdir. Ədudəd-Dövlənin ölümündən sonra o, Bağdadda yaşamış və orada Mənsur məscidində müdərrislik etmişdir. Onun dərslərinə tələbələr İraqdan, Xorasandan, Əndəlüsdən, müsəlman dünyasının müxtəlif yerlərindən gəlirdilər. Onun tələbələri arasından məşhur müsəlman mütəfəkkirləri də çıxmışdır. Əşəri kəlamının əsaslarını inkişaf etdirmiş Bakillani, onları digər təlimlərin nümayəndələrinin tənqidlərindən qorumuşdur. Bununla da o, sünniliyin daha da bərkiməsi və geniş yayılmasını təmin etmişdir. Buna görə də, onu öz dövrünün mucəddidi adlandırmışlar. Bakillaninin bacarığını müxtəlif müsəlman hökmdarları yüksək dəyərləndirərək onu dəstəkləmişlər. O, “İcazül-Quran” (Quranın bənzərsizliyi), “Təmhidül-Əvail və Təlxisüd-Dəlail” (Başlanğıcların yüngülləşdirilməsi və dəlillərin qısa olaraq verilməsi), “Mənakibül-Əimmə” (İmamların həyatı) kimi əsərlərin müəllifidir. Bakillaninin elmi irsindən İslam alimləri bu gündə istifadə etməkdədirlər.
BAĞDADİ ƏBDÜLQAHİR
BAKUVİ SEYİD YƏHYA
OBASTAN VİKİ
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd (ad)
Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub. Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır. Muhəmməd (Muhammad مُحَمَّد),Muhammed,Mohamed,Mahammad(Məhəmməd),Mohammed və Mohamad:Ərəb ölkələri Mohəmməd(Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet :Türkiyə,Albaniya Muhammed, Muhamed:Bosniya və Herseqovina Mamadou:Seneqal Mahometus:Latın dilində Maometto:İtalyan dilində Μωάμεθ (Moameth):Yunan dilində Mahoma:İspan və Katalan dillərində Mamede: Qalisiya dilində Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində Maxamed:Somali dilində Мұхаммед (Mukhammed-Muxamed):Qazax dilində 穆罕默德 (Mùhǎnmòdé): Çin dilində Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində Məhəmməd:Peyğəmbər, İslam dininin banisi Məhəmməd Füzuli:görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Şeyx Məhəmməd Xiyabani:İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi. Məhəmməd Cahan Pəhləvan: Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu. Məhəmməd ibn Heysam: Şirvanşahlar dövlətinin ikinci hökmdarı Məhəmməd Hacıyev (işıqçı):işıqçı Məhəmməd ibn Zəkəriyə əl-Razi:Fars tibb və kimya elm adamı Məhəmməd Musaddıq:28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Behişti:İranın Ədliyyə başçısı Məhəmməd Fazil Lənkərani:İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi. Molla Məhəmməd Ömər:"Taliban" hərəkatının lideri Məhəmməd Əbdüh: XIX–XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.
Məhəmməd (dəqiqləşdirmə)
Məhəmməd: Məhəmməd — Peyğəmbər, İslam dininin banisi Məhəmməd surəsi — Quranda bir surə Məhəmməd (ad) — Oğlan adı və tərifəlayiq, həmd olunmuş anlamındadır. Məhəmməd xan Ziyadlı-Qacar — İrəvan xanlığının hakimi (1805—1806).
Məhəmməd Abbasquliyev
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini. Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri. Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi. Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi.
Məhəmməd Abdullayev
Məhəmməd Abdullayev (6 aprel 1999) — Azərbaycanı təmsil edən boksçu. Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib oldu. Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub oldu (1:4) və mübarizəsini dayandırdı. Daha sonra Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış elədi. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurdu. 2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.
Məhəmməd Abduyev
Məhəmməd Abduyev Abdu oğlu (7 iyul 1961, Krasnoselsk rayonu) Coğrafiya elmlər doktoru Abduyev Məhəmməd Abdu oğlu 1961-ci ildə Ermənisatan Respublikasının Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutuna göndərilib. 1989-cu ildə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olub.1995-ci ildə dissertasiyanı müdafiə edərək, coğrafiya elmləri namizədi, 2013-cü ildə isə "Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təklükəsizliyinin qiymətləndirilməsi" mözusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri doktoru elmi adını alıb. 1992-ci ildən 2013-cü ilədək AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.İşlədiyi müddətdə 15 elmi hesabatı yerinə yetirib və 126 elmi məqalə nəşr etdirib, 35 yerli və Beynəlxalq səviyyəli konfransda iştirak edib, sertifikat və diplomlarla təltif olub AMEA-nın 60 illiyi ilə əlaqədar Yer elmləri bölməsinin təşəkkürnaməsini və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb. AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının və ADPU-nun "Xəbərlər" jurnalının Redaksiya Heyətinin üzvüdür. 2014-cü ildən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin "Ümumi coğrafiya" kafedrasında müdir vəzifəsində çalışır.
Məhəmməd Abutrika
Məhəmməd Abutrika(ərəb. محمد أبو تريكة‎; 7 noyabr 1978, Giza) — Misir futbolusti, Misir milli futbol komandasının yarımmüdafiəçisi. Məhəmməd Abutrika 1978-ci il noyabr ayının 7-də Misirin Giza şəhərində anadan olub. O, böyük futbola 25 yaşında gəlib. Misirin "Əl-Əhli" klubunda oynayan yarımmüdafiəçi iki dəfə Afrika çempionu olub, 3 dəfə isə klubu ilə birgə Afrika Çempionlar Liqasının kubokunu qazanıb. Peşəkar karyerasının ən əlamətdar oyununu Misir milli futbol komandasının heyətində Braziliya millisinə qarşı keçirib. FİFA Konfederasiyalar Kuboku çərçivəsində küçirilən bu oyunda Abutrikanın Kakaya qarşı oynadığı futbol yüksək qiymətləndirilib və məğlub olmasına baxmayaraq Misir yığması əla təsir bağışlayıb. Misir milli futbol komandasının 2006-cı ildə Afrika çempionu olmasında da Məhəmməd Abutrikanın rolu danılmazdır. Futbolçu ilə bağlı yadda qalan daha bir məqam 2008-ci ildə Afrika Kuboku oyunları çərçivəsində onun Sudan yığmasının qapısına vurduğu qoldan sonra futbolkasını çıxarması və maykasındakı "Qəzzada baş verənlərə görə təəssüf edirəm" yazısını nümayiş etdirməsi olmuşdur.
Məhəmməd Abuxousa
Məhəmməd Abuxousa (30 dekabr 1992) — Fələstini təmsil edən atlet. Məhəmməd Abuxousa Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Abuxousa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.89 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Məhəmməd Allahmanlı
Məhəmməd Qara oğlu Allahmanlı (1963, Kəmərli, Qazax rayonu – 2010) — AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Məhəmməd Qara oğlu Allahmanlı 1963-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Təhsilaldığı illərdən başlayaraq mətbuat səhifələrində elmin, mədəniyyətin ayrı-ayrı problemləri ilə bağlı məqalələr yazmışdır. "Sərbəst düşüncə", "Müxalifət", "Etimad" qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycanın xarici və daxili siyasəti, onun müxtəlif problemləri ilə bağlı analitik şərhlər vermək fəaliyyətinin mühüm bir hissəsini təşkil edib. Xalq yaradıcılığının toplanması, araşdırılması sahəsində gərəkli işlər görüb. Bütövlükdə ədəbi prosesi izləmək onun həmişə marağında olub. Tarixçi alim, tənqidçi, publisist kimi tanınıb. "XIX əsr – ХХ əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsinin mənəvi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir (1998). Son dövrlərdə Azərbaycanın bağçılıq mədəniyyəti problemi ilə bağlı araşdırmalara daha çox üstünlük verirdi.
Məhəmməd Allahverənov
Məhəmməd Arif
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məhəmməd Ariphacıyev
Məhəmməd Arifhacıyev (23 sentyabr 1977) — Azərbaycanı və Belarusu təmsil edən boksçu. Məhəmməd Arifhacıyev 2000-ci ilin mayında Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Birinci görüşdə Yunanıstan nümayəndəsi Mihalis Aslanidis üzərində 5:0 hesabı ilə qələbə qazanan Məhəmməd Arifhacıyev növbəti görüşdə Fransa nümayəndəsi Cehson Çaneta gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 5:6 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Həmin il Məhəmməd Arifhacıyev Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. -91 Kq. turnirindəm übarizə aparan Məhəmməd Arifhacıyev olimpiadanın 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Köber ilə üz-üzə gəldi. Sentyabrın 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Arifhacıyev rəqibinə 4:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu. Olimpiadadan sonra Məhəmməd Arifhacıyev Belarus yığmasının heyətinə cəlb edildi. 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatını və 2002-ci ilin iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatını Məhəmməd Arifhacıyev beşinci pillələrdə başa vurdu. 2003-cü ildə isə Məhəmməd Arifhacıyev Tailandda baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.
Məhəmməd Atta
Məhəmməd Məhəmməd əl-Əmir Avad əl-Səyid Atta (ərəb. محمد محمد الأمير عوض السيد عطا‎; 1 sentyabr 1968, Kafr əl-Şeyx – 11 sentyabr 2001, Dünya Ticarət Mərkəzi, Nyu-York ştatı) misirli terrorçu və ABŞ-nin dörd ticarət təyyarəsinin xüsusi mülki və hərbi hədəfləri məhv etmək niyyəti ilə hazırlanmış 11 sentyabr hücumlarının liderlərindən biri. Planlanmış hücumlar çərçivəsində Dünya Ticarət mərkəzinin Şimal Qülləsinə çırpılan Amerika Hava Yolları reys 11-in qarətçi pilotu vəzifəsini icra etmişdir. 33 yaşında, planlanmış hücumlarda iştirak edən 19 terrorçudan ən yaşlısı idi. Misirdə anadan olub böyüyən Atta 1990-cı ildə Qahirə Universitetində memarlıq təhsili aldı və Almaniyada Hamburq Texnologiya Universitetində təhsilini davam etdirdi. Hamburqda Əl-Quds məscidinə qatılan Atta, orada Hamburq radikal qrupunu yaradaraq Mərvan əl-Şəhhi, Rəmzi bin əl-Şibh və Ziyad Cərrahla görüşdü. Atta 1995-ci ildə Həcc ziyarətinə gedərək uzun müddət Almaniyada görünmədi. 1999-cu ilin sonu 2000-ci ilin əvvəllərinədək Əfqanıstanda Üsamə bin Laden və digər əl-Qaidə liderləri ilə görüşdü. Məhəmməd Atta və digər radikal qrup üzvləri planlanmış hücum üçün Bin Laden tərəfindən işə götürüldü. Atta 2000-ci ilin fevral ayında Hamburqa qayıtdı və ABŞ-də uçuş təhsili haqqında məlumatlar toplamağa başladı.
Məhəmməd Axundov
1951-ci il mayın 24-də Bakıda anadan olub 1958-1968-ci illərdə 150 saylı Bakı şəhər orta məktəbdə oxuyub 1968-1973-ci illərdə BDU-nun Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində «Mexanika» ixtisası üzrə təhsil alıb Ailəlidir, iki övladı var 1968-1973, tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU 1977, f.r.e.n., «Elastiki anizotrop ikirabitəli yarımmüstəvi üçün əsas sərhəd məsələləri» 1991, f.r.e.d., «Zədələnən irsi mühitlərin deformasiyalanması və dağılması 1992 - 2013professor, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1985-1992 dosent, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1980-1985 baş müəllim, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1979-1980 baş elmi işçi, Yarımkeçiricilər fizikası laboratoriyası, BDU. 1974-1979, assistent, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. 1973-1974, baş mühəndis, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU. Apardığı dərslər: Nəzəri mexanika, Bütöv mühit mexanikası, Materiallar müqaviməti, Elastiklik və plastiklik nəzəriyyəsi 111 məqalənin və iki kitabın müəllifidir. 10 elmi namizədi hazırlayib. • Deformasiya olunan bərk cisimlər Reaksiyaya malik olan bərk cismin modeli və onun biomexanikanın dinamik məsələlərinə tətbiqi. 1985 Kompozit strukturların deformasiyalanmasının və səpələnmiş dağılmasının mexanizmi. 1992 Zadələnən laylı sistemlərin qeyri elastiki dağılmasının geyri xətti dinamikası. 1995 Zadələnən anizotrop mühitdə magistral çatın yayılması. 1998 Anizotrop nazimçarxın səpələnmiş dağılması. 2005 Bioelastiki cismin qeyri xətti modeli. 2007 1995, Riqa, Latviya: «Kompozit materiallar mexanikası», IX Beynəlxalq konfrans 1998, S.Peterburq,Rusiya:Beynəlxalq konfrans «Yeraltı şəhər: qeotexnoloqiya və memarlıq» 2000, Moskva, Rusiya: Qeotexnikada kompyutor üsullarının tətbiqinə aid Beynəlxalq konfrans 2001, İstanbul,Türkiyə: «Qrunt mexanikası və mühəndis qeotexnikası», XV Beynəlxalq konfrans 2003, Azov, Rusiya: Elastiklik nəzəriyyəsi üzrə III Ümümrusiya konfrans 2006, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» XIV Beynəlxalq konfrans 2008, Riqa, Latviya: «Kompozit materiallar mexanikası» XV Beynəlxalq konfrans 1. Çoxrabitəli quraşıq elastiki mühit məsələlərinin həlli üsulları.
Məhəmməd Ağabəyzadə
Sadıq bəy Ağabəyzadə və ya Məhəmməd Sadıq Ağabəyzadə (15 mart 1865, Göyçay, Şamaxı qəzası – 9 oktyabr 1944, Lvov) — general-mayor, şərqşünas alim, Azərbaycan polisinin qurucusu və islahatçısı, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini. Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlmişdir. 1883-cü ildə Bakı Real Məktəbini bitirmişdir. 1886-cı ildə Peterburq Hərbi Piyada və Artilleriya Məktəbini (II Konstantinov hərbi məktəbi) bitirmişdir. O eyni zamanda Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri kursunda qiyabi oxumuşdur. 1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir. 1913-cü ildə xəstəliyinə görə general-mayor rütbəsində təqaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci dünya müharibəsi başladıqdan sonra yenidən orduya səfərbər edilmişdir. O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur.
Məhəmməd Ağaoğlu
Məhəmməd Ağaoğlu (ing. Mehmet Aga-Oglu; 24 avqust 1896, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 iyul 1949, Detroyt, Miçiqan, ABŞ) — alim-sənətşünas, filologiya elmləri doktoru, professor. Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olmuş və bu onda tədqiqatçılığa meyl oyatmışdır. O, 1916-cı ildə MDU-nu, 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər etmiş, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır.
Məhəmməd Ağarəhimov
Məhəmməd Ağarəhimov (10 aprel 1899, Tiflis – bilinmir) — Cümhuriyyət tələbəsi. Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 10 aprel 1899-cu ildə Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnsə də, gürcü dili və Gürcüstan tarixi fənlərindən azad edilmişdir.